• $ 1.7
  • € 1.9284
  • ₽ 2.0347
  • ₺ 0.0446
  • £ 2.2546

Prezidentdən yeni təyinat - Sərəncam

Prezidentdən yeni təyinat - Sərəncam
09.04.2025 16:36

Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Eminov 1992-1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb. 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq ticarət ixtisası üzrə fərqlənmə ilə bitirib. 2003-2004-cü illərdə Türkiyənin Egey Universitetini, 2004-2006-ci illərdə isə Doqquz Eylül Universitetini magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib.

O, 2006-2010-cu illərdə Qərb Universitetinin hüquqşünaslıq ixtisasını bitirib. 2006-2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunun elektron ticarət ixtisasını (distant) bitirib. 2012-ci ildə İqtisadi İnkişaf Nazirliyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dünya iqtisadiyyatı ixtisası üzrə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2016-cı ildə dosent elmi adını alıb.

2015-2020 Azərbaycan Turizm və Menecment Universiteti, “Sahə iqtisadiyyatı” üzrə elmlər doktorluğu proqramını bitirib.


2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Sosial sahələrə istiqamətlənmiş investisiya layihəsinin effektivliyi ilə bağlı tədqiqatlar aparır. 200-ə yaxın elmi məqalə, 5 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
Siyasət 19:50
Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb
Siyasət 19:20
Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb
Nazirlikdə iki yeni təyinat - Sərəncam
Siyasət 17:01
Nazirlikdə iki yeni təyinat - Sərəncam
Milli Məclisin növbəti iclası aprelin 22-də keçiriləcək
Siyasət 16:28
Milli Məclisin növbəti iclası aprelin 22-də keçiriləcək
Bayramov sloveniyalı həmkarı ilə görüşüb
Siyasət 13:43
Bayramov sloveniyalı həmkarı ilə görüşüb
Bakıda ermənilərin məhkəməsi davam edir
Siyasət 13:34
Bakıda ermənilərin məhkəməsi davam edir
Əliyev Çinin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib
Siyasət 10:10
Əliyev Çinin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib
Tbilisidə üçtərəfli görüş gözlənilir
Siyasət 09:42
Tbilisidə üçtərəfli görüş gözlənilir
Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 22:46
Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol