Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşüb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb.
Bayramovla Mirzoyan arasında ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Tərəflər Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə edib,dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Son xəbərlər
Daha çox 