Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb

ATƏT-in Minsk Qrupu ləğv edildikdən və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin bərpası qarşısında heç bir maneə qalmayacaq.Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalyada Diplomatik Forum çərçivəsində keçirilən panel müzakirəsində deyib.
“Biz inanırıq ki, bu zəruri addımlardan sonra iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin yekunlaşdırılması və imzalanması üçün əlavə maneələr olmayacaq”,- Bayramov qeyd edib.
Son xəbərlər
Daha çox 