• $ 1.7
  • € 1.9315
  • ₽ 2.042
  • ₺ 0.0446
  • £ 2.2456

Gürcüstan Prezidenti Milli Məclisdə olub

Gürcüstan Prezidenti Milli Məclisdə olub
16.04.2025 18:59

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.Bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Gürcüstan Prezidenti Milli Məclisin plenar iclas zalında olub. Sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Gürcüstan Prezidentini və rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın Milli Məclisində səmimi salamlayan spiker Sahibə Qafarova bir müddət əvvəl Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.

Parlamentin sədri Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycana etməsini xalqlar arasında dostluğun, qardaşlığın növbəti təzahürü kimi dəyərləndirib. Bildirib ki, bu, eyni zamanda, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının bir göstəricisidir. Spiker bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin sədri Gürcüstanla əlaqələrdən danışarkən, xalqlarımızın bütün dövrlərdə həmişə dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşadıqlarını və bu gün də belə olduğunu vurğulayıb. Bu amilin münasibətlərin təməlində dayandığını söyləyib.

Spiker diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər. Bildirilib ki, ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir sıra sahələri əhatə edən çox uğurlu üçtərəfli əməkdaşlıq formatı da mövcuddur.

İki ölkə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bu sahədə qarşılıqlı dostluq qruplarının rolunu xüsusi qeyd edib, parlament komitələri arasında əməkdaşlığın vacibliyindən danışıb, deputatlarımızın beynəlxalq parlament təşkilatlarında da sıx əməkdaşlıq etdiklərini vurğulayıb. Spiker bəzi beynəlxalq qurumların ölkələrimizə qarşı qərəzli münasibəti fonunda, parlamentlərimizin beynəlxalq səviyyədə əməkdaşlığının xüsusilə aktual olduğunu qeyd edib.

Söhbətdə spiker Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu diqqətə çatdıraraq, Ermənistanla sülh müqaviləsinin imzalanmasının region üçün böyük perspektivlər açacağına inamını ifadə edib.

Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Prezident kimi ilk xarici səfərini Azərbaycana etməsinin önəmini qeyd edib.

O, Prezident İlham Əliyevlə bu gün keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. Bildirib ki, bu çox əhəmiyyətli görüş oldu və qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi baxımından çox faydalı idi. Prezident Mixeil Kavelaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin və strateji tərəfdaşlığının digər ölkələrə bir nümunə olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, son illər ölkələrimiz bir sıra çağırışlarla üzləşdi, kənar qüvvələrin ölkələrimizin daxili işlərinə qarışmaq cəhdləri bizə onu göstərdi ki, biz milli və ailə dəyərlərimizi, tariximizi, ənənələrimizi müdafiə etməliyik. Bir-birimizi dəstəkləməyimiz vacibdir və böyük əhəmiyyət kəsb edir.

İki ölkənin parlamentlərarası əlaqələrinin də yüksək səviyyədə olduğunu deyən Gürcüstan Prezidenti bu baxımdan qarşılıqlı səfərlərin rolunu qeyd edib.

Görüşdə iki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsinin gələcəyimiz üçün böyük önəm daşıdığı diqqətə çatdırılıb.
Prezident Mixeil Kavelaşvili Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanın əldə olunmasını alqışladıqlarını və tezliklə sülh müqaviləsinin imzalanacağına inandıqlarını diqqətə çatdırıb. O, bildirib ki, sülh müqaviləsinin imzalanması regionda sülh və sabitliyi təmin edəcək.

Cənubi Qafqaz regionunun böyük potensialının olduğunu vurğulayan Gürcüstanın dövlət başçısı bu potensialdan geniş istifadə olunmasının vacibliyini söyləyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sergey Narışkin Bakıya gəlib
Siyasət 22:51
Sergey Narışkin Bakıya gəlib
Sahibə Qafarova MDB PA-nın iclasında çıxış edib
Siyasət 18:30
Sahibə Qafarova MDB PA-nın iclasında çıxış edib
Prezident pravoslav xristian icmasını təbrik edib
Siyasət 16:30
Prezident pravoslav xristian icmasını təbrik edib
İlham Əliyev və xanımı “Sea Breeze” istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar
Siyasət 15:25
İlham Əliyev və xanımı “Sea Breeze” istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar
Baş nazirdən onların maaşı ilə bağlı- Qərar
Siyasət 14:09
Baş nazirdən onların maaşı ilə bağlı- Qərar
İran prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb
Siyasət 13:41
İran prezidentinin Azərbaycana səfər tarixi açıqlanıb
İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
Siyasət 12:50
İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Siyasət 12:08
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Xarici diplomatlar Xankəndiyə gedib
Siyasət 11:05
Xarici diplomatlar Xankəndiyə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol