Ermənistan dezinformasiya yazır - MN

Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bir gün əvvəl Ermənistan Müdafiə Nazirliyi açıqlama yayaraq Azərbaycan Ordusunun Ermənistan tərəfini atəşə tutuduğunu yazıb.
“Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır”, - nazirliyin məlumatında deyilir.
Son xəbərlər
Daha çox 