• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Vüqar Həşimovun ailəsinə başsağlığı verdi

İlham Əliyev Vüqar Həşimovun ailəsinə başsağlığı verdi
28.05.2020 22:01
 Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan şahmatçısı Vüqar Həşimovun ailəsinə başsağlığı verib. APA – nın məlumatına görə, dövlət başçısı şahmatçının atasına ünvanladığı məktubda V.Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndiyini bildirib:  “Hörmətli Qasım Həşimov, Oğlunuz, görkəmli Azərbaycan şahmatçısı, şahmat üzrə üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfatından son dərəcə kədərləndim. Vüqar Həşimovun Azərbaycan idmanı qarşısındakı xidmətləri əvəzsizdir. O, Azərbaycan şahmat məktəbinin inkişafına misilsiz töhfələr verib, öz parlaq qələbələri ilə ölkəmizin adını daim yüksəklərə qaldırıb. Azərbaycan xalqı, idman ictimaiyyətimiz dünyanın ən güclü şahmatçılarından biri olan istedadlı idmançımız ilə fəxr edir, ondan hələ çox qələbələr, yeni-yeni zirvələr gözləyirdi.Amansız tale Vüqar Həşimovu istedadının ən çiçəklənən bir vaxtında çox erkən aramızdan apardı. Lakin onun parlaq xatirəsi bizim hamımızın, Azərbaycan xalqının, bütün şahmatsevərlərin qəlbində daim yaşayacaq. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, Aidə xanıma, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol