Sahibə Qafarova Roma Papasının dəfn mərasiminə qatılacaq

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyanın paytaxtına səfər edəcək.
Nümayəndə heyəti Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün Romada olacaq.
Sədr aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.
Oxşar xəbərlər
Oxşar xəbərlər