• $ 1.7
  • € 1.9359
  • ₽ 0.020852
  • ₺ 0.0444
  • £ 2.2618

"Toplum tv" işi üzrə məhkəməyə start verilib - məhkəmə zalından REPORTAJ

"Toplum tv" işi üzrə məhkəməyə start verilib - məhkəmə zalından REPORTAJ
24.04.2025 18:16

Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə “Toplum TV” işi üzrə hazırlıq məhkəməsi keçirilib. İttiham olunanlar kürsüsündə 9 nəfər oturub.  Prosesdə təqsirləndorolən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra isə müdafiə tərəfi vəsatətlərlə çıxış edib

III Respublika Platformasının qurucularından biri  Ruslan İzzətlinin vəkili Bəhruz Bayramov bildirib ki, İzzətli barədə həbs qəti imkan tədbiri seçilərkən onun barəsində olan işdə "Toplum" deyil  “Abzas işi” qeyd olunub.  

 “Ruslan İzzətli 2024-cü il martın 8-də həbs olunub, amma həmin vəsatətdə onun barəsində cinayət işinin hələ 2023-cü il noyabrın 21-də açıldığı və həmin tarixdə həbs olunduğu yazılıb. Bu, əslində istintaqın nə dərəcədə formal olmasının  göstəricisidir”, -  vəkil bildirib. 
 
Vəkil məhkəmədə sübutlar yetərli olmadığı üçün müdafiə etdiyi şəxs barəsində cinayət işinə xitam verilməsini də məhkəmədən istəyib. 

Öz növbəsində Ruslan İzzətli də ona "işin mahiyyəti və nədə ittiham edildiyi barədə aydın deyilmədiyini” bildirib.

III Respublika Platformasının spikeri Akif Qurbanovun vəkili Fuad Ağsyev bildirib ki, ittiham aktlnda yazılan bir cümlə 4729 sözdən ibarətdir və bu, Qinnes rekord kitabında ən uzun cümlə kimi qeyd olunan cümlədən uzundur. 

Vəkilin fikrincə,  bu ittiham aktını anlaşılmaz edir və vətəndaşın nədə ittiham olunduğunu bilmək hüququnun pozulmasıdır. 

Ağayev "ittiham aktlnda yazılan ittiham cümlələrindən birinin Akif Qurbanova aidiyyəti olmadığını” da bildirib. 

“Saxlandıqdan sonra məni ofisdən evə apararkən polislər mənə yanvarda Strasburqda çəkdirdiyim şəklimi göstərdilər. Çox güman həmin şəkili Prezidentə göstərib səhv məruzə ediblər ki, AŞPA-dakı nümayəndə heyətimizlə bağlı baş verənlər bizim lobbiçiliyimizlə bağlı olub. Əslində bu, elə deyil. Biz nə danışmışıqsa, açıq danışmışıq. Gizli heç bir danışığımız olmayıb”, Akif Qurbanlı Məkəməyə bildirib. 

Akif Qurbanov Toplum TV-nin yaradıcısı və rəhbəri olduğu Demokratik təşəbbüslər institutu tərəfindən təsis edildiyini və hər bir əmələ görə tək özünün cavabdeh olduğunu da məhkəmənin diqqətinə çatdırıb. 

“Elə görüntü yaradırlar ki, hər şey Toplum TV üzərindədir. Amma elə deyil. Mən hələ 2013-cü ildə Demokratik Təşəbbüslər İnstitutunu təsis etmişəm. ToplumTV isə bu qurum  tərəfindən 2016cı ildə yardılıb”, - o bildirib.

O, vurğulayıb ki, hökümət nümayəndələri bu iş üzrə həbs olunanları qaçaqmalçı adlandırır. Hakim Azər Tağıyev isə bildirib ki,"heç kim  məhkəmə qərarı olmadan kimisə  qaçaqmalçı adlandıra bilməz". 

Akif Qurbanov öz fəaliyyətini doğru hesab etdiyini də vuröulayıb. 

 “Burada olanların heç bir günahı yoxdur. Onları mənim ictimai-siyasi fəaliyyətimə görə, həbs ediliblər”,  - o bildirib.

Toplum TV domeninin sahibi Ələsgər Məmmədli 18 ildir vergi ödəyicisi olduğunu deyib. 

“Mən vergi ödəyirəmsə, ona dair bütün sübutlar varsa, mən necə vergidən yayına, qanunsuz sahibkarlıqda ittiham oluna bilərəm? Mən illərdir konsultasiya xidmətləri göstərmişəm, hamıya açıq digər fəaliyyətlərim olub, belə olan halda qeyri-qanuni əməllərə niyə əl atmalıyam? Mənim könüllü fəaliyyətlərim də olub. Həmişə söz azadlığına, müstəqil media sahəsinə fayda vermişəm. Xahiş edirəm dediyimə dair sənədlər sübutlar siyahısına əlavə olunsun”.

Məmmədli eyni zamanda bildirib ki, 2023-cü ildə xaricə getmədiyi halda cinayət işində bu barədə məlumat yazılıb.

Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayevin və İlkin Əmrahovun vəkili Günay İsmayılova müdafiə etdiyi adamlar barədə işə xitam verilməsi ilə bağlı vəsatəti müdafiə etdiyini və digər iki vəsatətin olduğunu vurğulayıb. 

“Məhkəmədən xahiş edirəm ki, Bakı İstintaq Təcridxanasında Ramil Babayevlə və İlkin Əmrahovla eyni anda görüşməyimə şərait yaradılsın. Eyni zamanda onların ikisi də tələbədir və 14 aydır onların təhsili yarımçıq qalıb. Ona görə onlar barəsində seçilən həbs qətimkan tədbirini ev dustaqlığına əvəz edilməsini xahiş edirəm”, - İsmaylova deyib. 


Dövlət ittihamçısı Rauf Malışov Günay İsmayılovanın təqsirləndirilən şəxslərlə görüşlə bağlı vəsatətinin təmin edilməsini, Ələsgər Məmmədlinin vəsatətini baxılmamış saxlanmasını, digər vəsatətlərin təmin edilməməsini xahiş edib. 

Məhkəmə müşavirədən sonra vəkilin eyni anda iki təqsirləndirilən şəxslə görüşlə bağlı vəsatətini təmin edib, materialların sübutların siyahısına əlavə edilməsi ilə bağlı vəsatəti baxılmamış saxlayıb, ev dustaqlığı və işə xitam verilməsi ilə bağlı vəsatətləri isə təmin etməyib. 

Növbəti məhkəmə prosesi mayın 5-də keçiriləcək.

Tatyana Kryuçkina

Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ-nin Ermənistandakı missiyası “soyqırımı” sözündən imtina etdi
Siyasət 21:39
Aİ-nin Ermənistandakı missiyası “soyqırımı” sözündən imtina etdi
"Toplum tv" işi üzrə məhkəməyə start verilib - məhkəmə zalından REPORTAJ
Siyasət 18:16
"Toplum tv" işi üzrə məhkəməyə start verilib - məhkəmə zalından REPORTAJ
Prezidentinin sosial media hesabında Çinə səfəri ilə bağlı paylaşım edilib
Siyasət 18:04
Prezidentinin sosial media hesabında Çinə səfəri ilə bağlı paylaşım edilib
Əliyev və xanımın Çinə səfəri başa çatıb
Siyasət 16:42
Əliyev və xanımın Çinə səfəri başa çatıb
Sahibə Qafarova Roma Papasının dəfn mərasiminə qatılacaq
Siyasət 15:27
Sahibə Qafarova Roma Papasının dəfn mərasiminə qatılacaq
"Azərenerji”nin nizamnaməsi və strukturu təsdiq edilib
Siyasət 13:13
"Azərenerji”nin nizamnaməsi və strukturu təsdiq edilib
Prezident Pekində CGTN telekanalına müsahibə verib
Siyasət 11:19
Prezident Pekində CGTN telekanalına müsahibə verib
Ermənistan dezinformasiya yazır - MN
Siyasət 08:56
Ermənistan dezinformasiya yazır - MN
Əli Əsədovla Cevdet Yılmaz arasında telefon danışığı olub
Siyasət 20:14
Əli Əsədovla Cevdet Yılmaz arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol