• $ 1.7
  • € 1.9334
  • ₽ 0.020684
  • ₺ 0.0442
  • £ 2.2762

Borclu şəxslərin ölkədən getmək hüququna diqqət ayrılmalıdır - deputat

Borclu şəxslərin ölkədən getmək hüququna diqqət ayrılmalıdır - deputat
01.05.2025 12:09

Borclu şəxslərin ölkədən getmək hüququna qoyulan müvəqqəti məhdudiyyətlər yalnız qanunvericiliyə uyğun, məhkəmə qərarı əsasında və əsaslandırılmış şəkildə tətbiq edilməlidir. Bu barədə Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentdə bildirib. 

Deputat qeyd edib ki, belə hallarda vətəndaşların şəxsi və ailə vəziyyəti, o cümlədən yaxın qohumunun vəfatı və ya ağır xəstələnməsi nəzərə alınmalıdır. 

“Borclunun ailə üzvünün dəfn mərasimində iştirak etməsinə və ya cənazəni ölkəyə gətirməsinə imkan yaradılmaması hüququn mahiyyətinə ziddir və humanist dəyərlərlə uyğun gəlmir”,  o deyib.

Elçin Mirzəbəyli xatırladıb ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən, məhkəmə qərarlarının və digər icra sənədlərinin icrasından yayınan şəxslər barəsində ölkədən getməyə qoyulan məhdudiyyətlər yalnız icra məmurunun əsaslandırılmış təqdimatı ilə və məhkəmə qərarı əsasında tətbiq oluna bilər. Lakin təqdim edilmiş səbəblər aradan qalxdıqda, həmin məhdudiyyətin də ləğv edilməsi qanunvericiliyin tələbidir.

Deputat əlavə edib ki, bu cür hallarda vətəndaşlar tərəfindən təqdim olunan sübutlar məhkəmə tərəfindən obyektiv araşdırılmalı, müvafiq qərarların qəbulunda şəffaflıq və hüquqi əsaslar təmin olunmalıdır.

“Hüquqi dövlətdə yaşayırıqsa, qanun yalnız sərt tənzimləmə vasitəsi deyil, həm də insan həyatına toxunan həssas məsələlərdə ədalətli yanaşma vasitəsi olmalıdır,” —  Elçin Mirzəbəyli vurğulayıb.

Deputat həmçinin qeyd edib ki, Nazirlər Kabinetinin 2013-cü il 22 aprel tarixli qərarı bu sahədə hüquqi prosedurları aydın şəkildə müəyyən edir və icra orqanlarının fəaliyyətində mühüm istinad sənədi kimi istifadə olunmalıdır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb
Siyasət 13:36
Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb
Milli Məclisin növbəti iclası mayın 8-də keçiriləcək
Siyasət 12:35
Milli Məclisin növbəti iclası mayın 8-də keçiriləcək
General rütbəsinə malik hərbi qulluqçular üçün yaş həddi aradan qaldırılır
Siyasət 12:10
General rütbəsinə malik hərbi qulluqçular üçün yaş həddi aradan qaldırılır
Borclu şəxslərin ölkədən getmək hüququna diqqət ayrılmalıdır - deputat
Siyasət 12:09
Borclu şəxslərin ölkədən getmək hüququna diqqət ayrılmalıdır - deputat
Kamran Əliyev yenidən Baş prokuror təyin edilib
Siyasət 11:10
Kamran Əliyev yenidən Baş prokuror təyin edilib
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror seçilməsini müzakirə edəcək
Siyasət 09:33
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror seçilməsini müzakirə edəcək
Rusiya Ermənistanı “buraxmır”
Siyasət 16:06
Rusiya Ermənistanı “buraxmır”
İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib
Siyasət 11:10
İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol