• $ 1.7
  • € 1.9334
  • ₽ 0.020684
  • ₺ 0.0442
  • £ 2.2762

XİN Hindistan və Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb

XİN Hindistan və Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb
01.05.2025 18:29

Azərbaycanın Xarici İşlər Nazirliyi Hindistanla Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb.

Bəyanatda deyilir:

“Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq. Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir.

Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik.

Münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inanırıq.

Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN Hindistan və Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb
Siyasət 18:29
XİN Hindistan və Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb
Azərbaycan XİN İsraili Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 17:54
Azərbaycan XİN İsraili Müstəqillik Günü münasibətilə təbrik edib
Kamran Əliyev yenidən Baş prokuror vəzifəsinə təyin edilib
Siyasət 16:34
Kamran Əliyev yenidən Baş prokuror vəzifəsinə təyin edilib
Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb
Siyasət 13:36
Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb
Milli Məclisin növbəti iclası mayın 8-də keçiriləcək
Siyasət 12:35
Milli Məclisin növbəti iclası mayın 8-də keçiriləcək
General rütbəsinə malik hərbi qulluqçular üçün yaş həddi aradan qaldırılır
Siyasət 12:10
General rütbəsinə malik hərbi qulluqçular üçün yaş həddi aradan qaldırılır
Borclu şəxslərin ölkədən getmək hüququna diqqət ayrılmalıdır - deputat
Siyasət 12:09
Borclu şəxslərin ölkədən getmək hüququna diqqət ayrılmalıdır - deputat
Kamran Əliyev yenidən Baş prokuror təyin edilib
Siyasət 11:10
Kamran Əliyev yenidən Baş prokuror təyin edilib
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol