• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Anqola lideri İlham Əliyevə zəng edib

Anqola lideri İlham Əliyevə zəng edib
09.05.2025 09:03

Anqola Respublikasının Prezidenti Joao Lorenso mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Dövlət başçıları Azərbaycan ilə Anqola arasında ikitərəfli əlaqələrin, xüsusilə iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Joao Lorenso COP29-da iştirak etmək üçün Azərbaycana səfər edən Anqolanın vitse-prezidenti Esperensa Costanın Bakıya səfərini və səfər çərçivəsində Azərbaycandan olan tərəf müqabilləri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair görüşlər keçirdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Afrika ölkələri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyərək əməkdaşlığın müxtəlif sahələrdə inkişafı üçün geniş imkanların olduğunu deyib.

Söhbət zamanı hələ keçmiş SSRİ dövründə Anqoladan olan tələbələrin Azərbaycanda təhsil aldıqları xatırlanıb və həmin şəxslərin bu gün Anqolanın inkişafına öz töhfələrini verdikləri məmnunluqla qeyd edilib.

Anqolanın hazırda Afrika İttifaqının sədrliyi funksiyasını yerinə yetirdiyini nəzərə alaraq, tərəflər Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq məsələlərinə toxunublar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Siyasət 22:25
Prezident Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Tehrandakı səfiri İranın XİN başçısının müavini ilə görüşüb
Siyasət 20:32
Azərbaycanın Tehrandakı səfiri İranın XİN başçısının müavini ilə görüşüb
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər
Siyasət 18:30
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər
Vətən müharibəsindən bəri 397 nəfər mina qurbanı olub - XİN
Siyasət 17:10
Vətən müharibəsindən bəri 397 nəfər mina qurbanı olub - XİN
Azərbaycan XİN Xorvatiyanı təbrik edib
Siyasət 20:10
Azərbaycan XİN Xorvatiyanı təbrik edib
İlham Əliyev BƏƏ liderinə zəng edib
Siyasət 19:19
İlham Əliyev BƏƏ liderinə zəng edib
Həsənov hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib
Siyasət 14:31
Həsənov hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib
Milli Məclisin növbədəkənar iclası keçiriləcək
Siyasət 13:53
Milli Məclisin növbədəkənar iclası keçiriləcək
Milli Məclis yaz sessiyasında 65 qanun qəbul olunub
Siyasət 13:49
Milli Məclis yaz sessiyasında 65 qanun qəbul olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol