• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

MSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək

MSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
09.05.2025 10:47

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti 2025-ci il mayın 11-də Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə Tiranaya səfərə yola düşüb.Bu barədə MSK-dan məlumat verilib.

Bildirilib ki, Albaniya Mərkəzi Seçki Komissiyası sədrinin Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədrinə ünvanladığı dəvətə əsasən, Albaniyada parlament seçkilərinin müşahidəsində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov və Katibliyin şöbə müdiri Ramin Nurəliyev iştirak edirlər.

Səfər çərçivəsində Mərkəzi Seçki Komissiyası nümayəndələrinin Albaniya Mərkəzi Seçki Komissiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, ali seçki qurumları arasında əlaqələrin və seçkilərə dair müxtəlif sahələrdə təcrübə mübadiləsinin dərinləşdirilməsi imkanları yönündə müzakirələr aparılması da nəzərdə tutulur.

Nümayəndə heyəti səsvermə gününədək parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olmaqla yanaşı, seçki günü məntəqələrdə səsvermə prosedurlarını da izləyəcəklər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Siyasət 22:25
Prezident Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib
Azərbaycanın Tehrandakı səfiri İranın XİN başçısının müavini ilə görüşüb
Siyasət 20:32
Azərbaycanın Tehrandakı səfiri İranın XİN başçısının müavini ilə görüşüb
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər
Siyasət 18:30
Azərbaycan və Pakistan XİN başçıları ECO Zirvəsinin təfərrüatlarını müzakirə ediblər
Vətən müharibəsindən bəri 397 nəfər mina qurbanı olub - XİN
Siyasət 17:10
Vətən müharibəsindən bəri 397 nəfər mina qurbanı olub - XİN
Azərbaycan XİN Xorvatiyanı təbrik edib
Siyasət 20:10
Azərbaycan XİN Xorvatiyanı təbrik edib
İlham Əliyev BƏƏ liderinə zəng edib
Siyasət 19:19
İlham Əliyev BƏƏ liderinə zəng edib
Həsənov hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib
Siyasət 14:31
Həsənov hərbi intizamın möhkəmləndirilməsi ilə bağlı tapışırıqlar verib
Milli Məclisin növbədəkənar iclası keçiriləcək
Siyasət 13:53
Milli Məclisin növbədəkənar iclası keçiriləcək
Milli Məclis yaz sessiyasında 65 qanun qəbul olunub
Siyasət 13:49
Milli Məclis yaz sessiyasında 65 qanun qəbul olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol