• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

İlham Əliyev: Azərbaycanda ciddi hərbi islahatlar başlayıb

İlham Əliyev: Azərbaycanda ciddi hərbi islahatlar başlayıb
10.01.2014 15:45

2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmışdır. Biz çox ciddi islahatlara başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaqdır.

Bu sözləri yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir.

Dövlətimizin başçısı bildirmişdir ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, - ən müasir texnikadır, - bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcəkdir. Bəzi hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumlar, yaxud da Ermənistanın dəyirmanına su tökən siyasətçilər bizi tənqid etməyə çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini artırır. O ölkələrin nümayəndələri bunu deyir ki, onların hərbi büdcəsi göylərə qalxıbdır. Bizim təbii hüququmuzdur, biz öz hərbi potensialımızı artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcəkdir”.

 

yap.org.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir bu il nə qədər ərazinin minadan təmizlənəcəyini açıqlayıb
Siyasət 12:13
Baş nazir bu il nə qədər ərazinin minadan təmizlənəcəyini açıqlayıb
Ermənistan sülhə tez bir zamanda sülhə razılaşmalıdır-Bülent Arınç
Siyasət 12:01
Ermənistan sülhə tez bir zamanda sülhə razılaşmalıdır-Bülent Arınç
Qarabağa köçürülən ailələrin sayı açıqlanıb
Siyasət 12:00
Qarabağa köçürülən ailələrin sayı açıqlanıb
Ballıca kəndində növbəti 24 ailə köçürülüb
Siyasət 11:56
Ballıca kəndində növbəti 24 ailə köçürülüb
Aİ mövqeyini ortaya qoymalı, Rusiya Ukrayna məsələsini həll etməlidir-Kolinda Qrabar
Siyasət 11:25
Aİ mövqeyini ortaya qoymalı, Rusiya Ukrayna məsələsini həll etməlidir-Kolinda Qrabar
Əli Əsədov Paralamentdə hesabat verir
Siyasət 11:13
Əli Əsədov Paralamentdə hesabat verir
Milli Məclisin iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin iclası başlayıb
Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib
Siyasət 10:47
Zakir Həsənov Haluk Bayraktarı medalla təltif edib
Britaniya Azərbaycana hərbi attaşe təyin edib
Siyasət 09:44
Britaniya Azərbaycana hərbi attaşe təyin edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol