Vəfat edən həmin xanım mətbəxdə əməliyyat olunub - Nazir

Səhiyyə Nazirliyi evinin mətbəxində əməliyyat edən cərrahlara cavabdeh deyil. Bunu Səhiyyə naziri Teymur Musayev deputat Səyyad Aranın səsləndirdiyi irada münasibət olaraq bildirib.
Bu gün Milli Məclisin iclasında Səyyad Aran ona edilən bir şikayəti səsləndirək bildirib ki, onun yanına gələn şikayətçi valideynlər qızının ölümündə Ülviyyə İLyasovanı günahlandırır. Deputat valideynlərə istinad edərək qeyd edib ki, bu həkimin 9-cu sinifdən sonra heç bir təhsili yoxdur.
"Səsləndiriyiniz şikayətlə bağlı məlumatım var və həmin valideynlər şəxsən qəbulumda olub. Vəfan edən şəxs həmin şəxsin evində mətbəxdə əməliyyat edilib.. Səhiyyə Nazirliyi tibb işçilərinə cavabdehdir. Dələduzluq fəaliyyəti ilə məşğul olursa bunu biz cavabdeh ola bilmərik", - nazir deyib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 