Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin baş katibi Belen Martinez Karbonellə görüşüb.Bu barədə Aİ rəsmisi “X”də paylaşım edib.
“Biz Aİ-Azərbaycan münasibətlərini, Aİ-nin Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə dəstəyini və regional hadisələri müzakirə etdik. Aİ regionda sülh və tərəqqiyə sadiqdir”, - o bildirib.