• $ 1.7
  • € 1.9343
  • ₽ 0.021262
  • ₺ 0.0436
  • £ 2.3044

Tramp İlham Əliyevi təbrik edib

Tramp İlham Əliyevi təbrik edib
28.05.2025 17:51

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli Prezident Əliyev.

Müstəqillik Gününüz münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək.

ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır.

Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik.

Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb
Siyasət 21:00
Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb
Finlandiya Prezidenti İlham Əliyevi təbrik edib
Siyasət 18:21
Finlandiya Prezidenti İlham Əliyevi təbrik edib
Prezident sərəncam imzalayıb
Siyasət 17:45
Prezident sərəncam imzalayıb
Əliyev BƏƏ-nin iş adamları ilə görüşüb
Siyasət 13:34
Əliyev BƏƏ-nin iş adamları ilə görüşüb
Prezident Stiv Deynsi qəbul edib - Yenilənib
Siyasət 13:27
Prezident Stiv Deynsi qəbul edib - Yenilənib
Azərbaycan ordusu"Smerç” təlimləri keçib
Siyasət 13:07
Azərbaycan ordusu"Smerç” təlimləri keçib
Azərbaycan ordusunu Ermənistan tərəfə heç bir atəş açmayıb - Rəsmi
Siyasət 11:32
Azərbaycan ordusunu Ermənistan tərəfə heç bir atəş açmayıb - Rəsmi
Quterreş İlham Əliyevi təbrik edib
Siyasət 21:30
Quterreş İlham Əliyevi təbrik edib
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 21:17
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol