• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

XİN-dən Suriyadakı azərbaycanlı mücahidlərlə bağlı açıqlama

XİN-dən Suriyadakı azərbaycanlı mücahidlərlə bağlı açıqlama
09.01.2014 12:22
 Xarici İşlər Nazirliyi son günlər Suriyada Azərbaycan vətəndaşlarının öldürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Bu barədə APA-nın sorğusunu cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, nazirlik Suriyada baş verənləri yaxından izləyir: “Suriyada vəziyyət hazırda gərgin olaraq qalır. Biz əvvəllər də qeyd etmişik ki, bununla əlaqədar Azərbaycanın Suriyadakı səfirliyi də fəaliyyətini dayandırıb. Səfirlik isə Livanın paytaxtı Beyruta köçürülüb və orada fəaliyyət göstərir. Buna baxmayaraq, biz Suriyada baş verənləri yaxından izləyirik və ilk növbədə çalışırıq ki, orada öldürüldüyü bildirilən şəxslərin Azərbaycan vətəndaşı, yaxud azərbaycanlı olub-olmadığını müəyyənləşdirək. Həmin şəxslərin Azərbaycan vətəndaşı və yaxud azərbaycanlı olması müəyyənləşərsə, bundan sonra araşdırılmalıdır ki, onlar Suriyaya hansı yollarla və hansı vasitələrlə gedib çıxıblar. Nəzərə alsaq ki, Suriyada hazırda vəziyyət gərgin olaraq qalır və bu ölkədə heç bir diplomatik nümayəndəlik fəaliyyət göstərmir, bunun bizim araşdırmalarımıza necə böyük əngəl törətdiyini müəyyən etmək çətin deyil. Lakin bu çətinliklərə və əngəllərə baxmayaraq, bizim bu istiqamətdə araşdırmalarımız davam etdirilir”. E. Abdullayev həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin 2011-ci ildə elan etdiyi Azərbaycan vətəndaşlarının Suriyaya səfər etmələrinin məqsədə uyğun hesab edilməməsi ilə bağlı xəbərdarlığının qüvvədə qaldığını da xatırladıb. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində hökumət qüvvələrinə qarşı vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. Təkcə son bir həftədə Suriyada dörd azərbaycanlı mücahidin öldürüldüyü bildirilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Siyasət 16:01
Müharibə əlilləri ilə bağlı qanuna dəyişiklik edildi- Prezident təsdiqlədi
Dövətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb - Rəsmi
Siyasət 14:59
Dövətə xəyanətdə şübhəli bilinən şəxs saxlanılıb - Rəsmi
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Prezident Natiq Həsənovla bağlı sərəncam imzalayıb
Siyasət 19:37
Prezident Natiq Həsənovla bağlı sərəncam imzalayıb
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Siyasət 12:56
Əliyev: Azərbaycanın xarici borcu azdır, valyuta ehtiyatları onu 16-17 dəfə üstələyir
Prezident Gülüstan Sarayında açılışda iştirak edib - Yenilənib
Siyasət 12:50
Prezident Gülüstan Sarayında açılışda iştirak edib - Yenilənib
Prezident onları təltif edib - Sərəncam
Siyasət 17:34
Prezident onları təltif edib - Sərəncam
Prezident sərəncam imzalayıb
Siyasət 17:33
Prezident sərəncam imzalayıb
Qazaxıstanın yeni hərbi attaşesi Azərbaycanda təqdim olunub
Siyasət 12:27
Qazaxıstanın yeni hərbi attaşesi Azərbaycanda təqdim olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol