Zakir Həsənov Yaşar Gülərlə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 28-də Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələr arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
Son xəbərlər
Daha çox 