Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin cari vəziyyəti və perspektivləri, qanunvericilik orqanları arasında əlaqələrin əhəmiyyəti, regional təhlükəsizlik məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Bayramov Senatora postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesi və qarşıda duran maneələr barədə məlumat verib.