• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunacaq

Azərbaycanda “reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunacaq
30.05.2025 12:14

Yaxın zamanlarda “reproduktiv sağlamlıq haqqında”  qanun qəbul olunacaq. Bunu Milli Məclisin Ailə,qadın və Uşaq komitəsinin sədri Hicran Hüseynova Parlamentdə çıxışı zamanı deyib. 


““Reproduktiv sağlamlıq haqqında”  qanunun qəbul olunmasına ehtiyac var ki, bu da yaxın zamanlarda qəbul olunacaq”, - o bildirib. 


Deputat vurğulayıb ki, ölkədə gender bərabərliyi ilə bağlı maarifləndirmə işlərinin daha da genişləndirilməsinə ehtiyac var. 

Bundan əvvəl deputat Əhliman Əmiraslanov deyib ki, ölkədə bu qanunun qəbul olunması gözlənilir. 
 
O vurğulayıb ki,  hazırda Səhiyyə Nazirliyi bu qanun üzərində işlər aparır. 
Bundan əvvəl deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışında bildirib ki, Azərbaycanda "Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuledilməsi yolverilməzdir.
 
Deputat vurğulayıb ki, bu qanunun qəbul olunmasına 5 il müddətində imkan verməyib. Novruzov bunu milli mentaliletə uyğun olmaması ilə əlaqələndirib. 
 
Deputat Rəşad Mahmudov isə söyləyib ki,  "Reproduktiv sağlamlıq haqqında” qanun qəbul olunmadığı üçün bəzi şəxslər övlad sahibi olmaq imkanlarından məhrum olurlar. 
 
Gülnar Nazimqızı

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol