Vətən müharibəsindən bəri 397 nəfər mina qurbanı olub - XİN

Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbindən 2020-ci il Vətən müharibəsindən indiyədək 397 nəfər həlak olub və ya yaralanıb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Azərbaycanda iki gün ard-arda baş verən mina partlayışları dinc sakinlərə zərər vurub.Yaşayış məntəqələri və qəbiristanlıqları hədəfə alan bu mənfur əməllər beynəlxalq humanitar hüququ pozur və sakinlərin öz evlərinə qayıtmasına mane olur"',- məlumatda bildirilib.