• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

MEDİA Solovyovun fikirləri ilə bağlı açıqlama yayıb

MEDİA Solovyovun fikirləri ilə bağlı açıqlama yayıb
18.06.2025 18:35

Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib.Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.

Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə “Artsax” ifadəsini işlədib, Ermənistan hakimiyyətini “Artsaxı hədiyyə etməkdə” günahlandırıb, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə “Artsaxın taleyi gözlədiyini” deyib.

"Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləyib, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə verib. V.Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olub, ziddiyyətli mahiyyət daşıyıb və Azərbaycanda adekvat reaksiyalara səbəb olub.

Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir.

Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yolverilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik", -  açıqlamada qeyd olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 19:30
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
MEDİA Solovyovun fikirləri ilə bağlı açıqlama yayıb
Siyasət 18:35
MEDİA Solovyovun fikirləri ilə bağlı açıqlama yayıb
Baş Prokuror əmrlər imzalayıb
Siyasət 17:52
Baş Prokuror əmrlər imzalayıb
Bayramov Lavrovla telefon danışığı aparıb
Siyasət 16:38
Bayramov Lavrovla telefon danışığı aparıb
İranlı diplomatların Azərbaycan ərazisinə keçdiyi iddia olunur- Video
Siyasət 16:33
İranlı diplomatların Azərbaycan ərazisinə keçdiyi iddia olunur- Video
Əliyev Türkiyəyə gedir
Siyasət 15:52
Əliyev Türkiyəyə gedir
Əliyev Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:46
Əliyev Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb
QDİƏTPA-nın 65-ci Baş Assambleyasının plenar iclası Bakıda keçirilir
Siyasət 10:25
QDİƏTPA-nın 65-ci Baş Assambleyasının plenar iclası Bakıda keçirilir
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Siyasət 20:30
Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol