22 qazaxıstanlı İrandan Azərbaycan vasitəsilə təxliyə edilib

İran-İsrail münaqişəsinin gərginləşməsindən bəri İrandan 187 Qazaxıstan vətəndaşı təxliyə edilib, onlardan 22 nəfəri ölkəni Azərbaycan vasitəsilə tərk edib.
Bu barədə Reporta XİN-dən eksklüziv olaraq bildirilib.
"Qazaxıstan öz vətəndaşlarını İsrail və İrandan təxliyə etməyə davam edir. Koordinasiya edilmiş tədbirlər çərçivəsində İrandan indiyədək 187 Qazaxıstan vətəndaşı təxliyə edilib. Bundan başqa, Azərbaycan ərazisi ilə 22 qazaxıstanlı, o cümlədən bu gün iki nəfər təxliyə edilib", - qurumdan dəqiqləşdiriblər.
İsraildən Misir vasitəsilə 66 qazaxıstanlı təxliyə edilib.
"Qazaxıstanın İran və İsraildəki diplomatları öz vətəndaşlarına zəruri konsulluq və hüquqi yardımın göstərilməsi istiqamətində işi davam etdirirlər", - qurumdan əlavə ediblər.
XİN Qazaxıstan vətəndaşlarının təxliyəsində göstərdikləri köməyə görə Azərbaycan, İran və digər ölkələrdəki həmkarlarına bir daha təşəkkür edib.
Son xəbərlər
Daha çox 