• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan–Özbəkistan arasında 30-dan çox birgə layihə icra olunur

Azərbaycan–Özbəkistan arasında 30-dan çox birgə layihə icra olunur
20.06.2025 15:56

 

Hazırda Azərbaycan və Özbəkistan arasında kiçik və orta biznes (KOB) sahəsində 30-dan çox birgə layihə inkişaf mərhələsindədir. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan–Özbəkistan hökumətlərarası komissiyasının iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində KOBİA-nın təşəbbüsü ilə sahibkarlar arasında birbaşa əlaqələrin qurulması məqsədilə müxtəlif istiqamətlər üzrə qarşılıqlı biznes missiyalar təşkil edilib. 

“Tikinti, turizm, yüngül sənaye, kənd təsərrüfatı, tekstil, İKT və reklam sahələrini əhatə edən bu missiyalar, iş adamlarımızın bir-birini daha yaxından tanımasına və yeni əməkdaşlıqlara yol açır,” – Məmmədov qeyd edib.

O bildirib ki, bu il Özbəkistan Ticarət-Sənaye Palatası ilə əməkdaşlıq çərçivəsində növbəti missiya həyata keçirilib. “

Daşkənd və digər şəhərləri əhatə edən bu səfərdə 50-dən çox sahibkar iştirak edib. Onların bir çoxu artıq Özbəkistan tərəfdaşları ilə birgə layihələrə başlayıb. Məsələn, azərbaycanlı sahibkarlardan biri Daşkənddə satış və texniki xidmət sahəsində mağaza açıb.”

Məmmədov həmçinin vurğulayıb ki, 2023-cü ilin dekabrından Bakı şəhərində fəaliyyət göstərən “Özbəkistan Ticarət Evi” Özbək məhsullarının Azərbaycan və Avropa bazarlarına çıxışı baxımından mühüm rol oynayır.

Bu ilin 10–12 iyul tarixlərində isə KOBİA-nın dəstəyi və Kiçik və Orta Biznes Klubları Assosiasiyasının təşkilatçılığı ilə Bakıda Türk Dövlətləri Ticarət Sərgisi keçiriləcək. 

“Bu sərgi yalnız Azərbaycan və Özbəkistan sahibkarlarını deyil, regionun digər türk dövlətlərindən olan biznes nümayəndələrini və dövlət qurumlarını bir araya gətirəcək,” – o bildirib.

Orxan Məmmədov əlavə edib ki, KOBİA türk dövlətləri ilə əməkdaşlığı təkcə ikitərəfli deyil, eyni zamanda çoxtərəfli platformalarda – Türk Dövlətləri Təşkilatı və Türk Biznes Şurası çərçivəsində də fəal şəkildə həyata keçirir. 

“Bu platformalar vasitəsilə KOB-ların inkişafı üzrə ortaq təşəbbüslər irəli sürürük.”

Çıxışının sonunda KOBİA rəhbəri Özbəkistanın işgüzar dairələrini Azərbaycanda mövcud olan dəstək mexanizmlərindən yararlanmağa çağırıb.

N.Təbrizli

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol