• $ 1.7
  • € 1.9832
  • ₽ 0.021692
  • ₺ 0.0394
  • £ 2.2905

Deputat təklif edir ki, Naxçıvanın statusu ləğv olunsun - Deputatlar arasında fikir ayrılığı/VİDEO

Deputat təklif edir ki, Naxçıvanın statusu ləğv olunsun - Deputatlar arasında fikir ayrılığı/VİDEO
21.06.2025 12:12

Naxçıvan Muxtar Respublikasının ləğv olunması barəsində düşünmək lazımdır. . Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. 


“Naxçıvan həmişə həyat səviyyəsi aşağı olub. Bunun səbəbi əkin sahələrinin az olması, digər səbəbi məmurların çoxluğu idi. Məmur təbəqəsi inkişafın qarşısında problem idi. İndi də yeni bir icra orqanı strukturu yaradırıq. Konstitusiyanın 135 maddəsinə görə Naxçıvanda icranı Nazirlər Kabineti həyata keçirir”, - deputat “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq  edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinə münasibət ildirərkən deyib. 


Həsənquliyev təklif edir ki, Naxçıvanda Muxtar Respublikasının saxlanılmasına ehtiyac yoxdur. 
“Muxtariyyətin ləğvi barəsində düşünmək lazımdır. Bu barədə ictimai müzakirələr açmaq olar. Bu həm idarəetmədə xərclərin azaldılması da deməkdir”, - deputat  bildirib. 

Spikerin müavini  Ziyafət Əsgərov deputata irad bildirərək vurğulayıb ki, Naxçıvanın statusu heç vaxt ləğv oluna bilməz. 

"Siz həmişə buradakı çıxışlarınızda bu təklifi vermisiniz. Başa düşürəm deputat dediyi söz görə məsuliyyət daşımır. Amma biraz diqqətli olmaq lazımdır. Naxçıvanın status alması Heydər Əliyevin tarixi uğuru olub. İndi bu statusu ləğv edib Naxçıvanı kimin ağuşuna verək. ", - Əsgərov deyib. 

Qüdrət Həsənquliyev də Əsgərova cavab olaraq bildirib ki, onun Parlamentdə qaldırdığı bütün təkliflər zamanla baş verib. O həmçinin bildirib ki, bu ictimai müzakirələr nəticəsində qərar veriləcək məsələdir. 

Gülnar Nazimqızı 
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
Siyasət 18:30
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
XİN: TRIPP sənədi razılaşmaların icrasına keçid üçün əsas yaradır
Siyasət 17:52
XİN: TRIPP sənədi razılaşmaların icrasına keçid üçün əsas yaradır
Prezident sərəncam imzalayıb
Siyasət 17:02
Prezident sərəncam imzalayıb
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Hikmət Hacıyev Qazaxıstan səfiri ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15:27
Hikmət Hacıyev Qazaxıstan səfiri ilə əməkdaşlığı müzakirə edib
Mirzoyan: Türkiyə və Rusiya TRIPP layihəsinin bir hissəsi deyil
Siyasət 13:52
Mirzoyan: Türkiyə və Rusiya TRIPP layihəsinin bir hissəsi deyil
Paşinyan: TRIPP layihəsi Ermənistan-Türkiyə dialoqu üçün məntiqi irəliləyişdir
Siyasət 13:48
Paşinyan: TRIPP layihəsi Ermənistan-Türkiyə dialoqu üçün məntiqi irəliləyişdir
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Abbas Əraqçi və Fransanın XİN rəhbəri İrandakı vəziyyəti müzakirə ediblər
Siyasət 23:15
Abbas Əraqçi və Fransanın XİN rəhbəri İrandakı vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol