Qaxın icra başçısı vəzifəsindən azad olunub - Sərəncam

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
2010-cu ildən icra başçısı olan Şəkiliyev ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, vəzifə cinayətlərində şübhəli bilinir.