• $ 1.7
  • € 1.9536
  • ₽ 0.021656
  • ₺ 0.0428
  • £ 2.2797

Baş nazir yeni qərar imzalayıb

Baş nazir yeni qərar imzalayıb
24.06.2025 15:06

Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun hazırlanıb, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, həmçinin yerli özünüidarəetmə orqanları (bundan sonra - qurum) tərəfindən dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı təqdim olunan layihələrə onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəyin verilməsi qaydasını müəyyən edir.

Qaydada istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Elektron imza və elektron sənəd haqqında” qanunlar, ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”, həmçinin digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.

Qayda əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kaya Kallas Azərbaycana təşəkkür edib
Siyasət 21:30
Kaya Kallas Azərbaycana təşəkkür edib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:36
İqtisadi Şuranın iclası keçirilib
Rəsmi Bakı iki ölkə arasındakı atəşkəsi dəstəkləyir
Siyasət 16:45
Rəsmi Bakı iki ölkə arasındakı atəşkəsi dəstəkləyir
Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə olub
Siyasət 15:39
Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə olub
Baş nazir yeni qərar imzalayıb
Siyasət 15:06
Baş nazir yeni qərar imzalayıb


Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır-İlham Əliyev
Siyasət 09:55
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır-İlham Əliyev
Rəsmi Bakıdan Ermənistan XİN-ə - Cavab
Siyasət 19:37
Rəsmi Bakıdan Ermənistan XİN-ə - Cavab

Azərbaycan XİN Suriyaya başsağlığı verib
Siyasət 15:01
Azərbaycan XİN Suriyaya başsağlığı verib
Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyəti davam edir
Siyasət 14:50
Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyəti davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol