• $ 1.7
  • € 1.9849
  • ₽ 0.02178
  • ₺ 0.0423
  • £ 2.2834

İqtisadi Şuranın iclası keçirilib

İqtisadi Şuranın iclası keçirilib
24.06.2025 18:36

İyunun 24-də İqtisadi Şuranın sədri, Baş Nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

İclasın gündəliyində Azərbaycan Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanından irəli gələrək Hökumətə verilən tapşırıqların icra vəziyyəti və görülmüş işlər, o cümlədən sahibkarların dövlət qurumlarına müraciətinin elektronlaşması və xidmətlərin rəqəmsallaşması, “Mygov Biznes” altsisteminin yaradılması və rəqəmsallaşmayan dövlət xidmətlərinin “ASAN xidmət”də göstərilməsi, dövlət xidmətlərinin və alınan ödənişlərin optimallaşdırılması, xidmət haqlarının məbləğinə və hüquqi əsasına baxılması və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi dinlənilib. İclasda iştirak edən ədliyyə naziri Fərid Əhmədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Prezidentinin Fərmanından ilə gələn tapşırıqlarla bağlı çıxış edib.

Təqdim olunan iqtisadi gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar
Siyasət 20:18
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar
PaşinyanƏbu-Dabi görüşünü yüksək qiymətləndirib
Siyasət 17:38
PaşinyanƏbu-Dabi görüşünü yüksək qiymətləndirib
Türkmənistan Xalq Məsləhətinin sədri Milli Məclisdə səfərdə olub
Siyasət 17:19
Türkmənistan Xalq Məsləhətinin sədri Milli Məclisdə səfərdə olub
Azərbaycanda ədliyyə orqanları üçün xüsusi xəzinə hesabı yaradılır
Siyasət 16:35
Azərbaycanda ədliyyə orqanları üçün xüsusi xəzinə hesabı yaradılır
Ermənistan, Rusiya və Azərbaycan arasınd işçi qrupu fəaliyyət göstərmir
Siyasət 13:16
Ermənistan, Rusiya və Azərbaycan arasınd işçi qrupu fəaliyyət göstərmir
Sülh danışıqları başa çatıb - Paşinyan
Siyasət 12:37
Sülh danışıqları başa çatıb - Paşinyan
Azərbaycan və Türkmənistan liderləri ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər
Siyasət 12:13
Azərbaycan və Türkmənistan liderləri ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Siyasət 10:32
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
Azərbaycan və Çin arasında viza rejimi bu gündən ləğv edildi
Siyasət 08:48
Azərbaycan və Çin arasında viza rejimi bu gündən ləğv edildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol