• $ 1.7
  • € 1.9729
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.3058

Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
25.06.2025 18:19

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, bölgədə cari təhlükəsizlik məsələləri, o cümlədən, İsrail-İran qarşıdurması müzakirə olunub.

Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə liderləri arasında təmasların, mövcud siyasi dialoqun vacibliyi, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.

İsrail-İran qarşıdurması ilə əlaqədar Azərbaycan tərəfindən nümayiş etdirilmiş mövqe və narahatlıq bir daha diqqətə çatdırılıb. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləkləri səfirə bildirilib.

Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.

Azərbaycanın quru sərhədindən istifadə etməklə müxtəlif ölkələrin və İranın vətəndaşlarına keçid üçün şərait yaradıldığına görə Azərbaycan tərəfinə təşəkkür ifadə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
Siyasət 18:19
Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
“Azəriqaz”ın rəhbərliyində yeni təyinat
Siyasət 17:26
“Azəriqaz”ın rəhbərliyində yeni təyinat
Yardımlı rayonuna yeni prokuror təyin edilib
Siyasət 15:48
Yardımlı rayonuna yeni prokuror təyin edilib
Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir
Siyasət 14:39
Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir
Kaya Kallas Azərbaycana təşəkkür edib
Siyasət 21:30
Kaya Kallas Azərbaycana təşəkkür edib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:36
İqtisadi Şuranın iclası keçirilib
Rəsmi Bakı iki ölkə arasındakı atəşkəsi dəstəkləyir
Siyasət 16:45
Rəsmi Bakı iki ölkə arasındakı atəşkəsi dəstəkləyir
Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə olub
Siyasət 15:39
Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə olub
Baş nazir yeni qərar imzalayıb
Siyasət 15:06
Baş nazir yeni qərar imzalayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol