• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Hərbi prokuror Naxçıvanda sərhədçilərlə görüş keçirib

Hərbi prokuror Naxçıvanda sərhədçilərlə görüş keçirib
08.07.2025 10:05

Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədov və Dövlət Sərhəd Xidmətinin Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Bəhmən Babayev sərhəd qoşunlarının hərbi qulluqçuları ilə görüş keçiriblər. Görüşdə hərbi prokurorluq və sərhəd xidməti rəhbər heyəti iştirak edib.

Hərbi Prokurorluğun məlumatına görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhid guşəsi ziyarət olunub, xatirələr bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin formalaşması, dövlətin son illərdə əldə etdiyi uğurlar və hüquqi maarifləndirmə məsələləri müzakirə olunub. Hərbi qulluqçuların sualları cavablandırılıb, onların xidmət və məişət şəraiti ilə maraqlanılıb.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.

Tədbirdən sonra hərbi prokuror və diviziya komandiri Vətən müharibəsində itkin düşmüş şəhid leytenant İbrahim Vəlizadənin ailəsini ziyarət edərək, onlara ehtiram və dəstək ifadə ediblər. Şəhidin ailəsi göstərilən diqqətə görə dövlət rəhbərliyinə və aidiyyəti qurumlara təşəkkür bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Siyasət 14:26
Yerevanda Qalstanyan tərəfdarları saxlanılıb
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
Siyasət 14:22
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Siyasət 10:26
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib

İsrailin yeni səfiri Azərbaycana gəlib
Siyasət 09:35
İsrailin yeni səfiri Azərbaycana gəlib
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Siyasət 21:59
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Siyasət 11:04
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Araz Əzimov İran səfiri ilə görüşüb
Siyasət 11:01
Araz Əzimov İran səfiri ilə görüşüb
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Siyasət 10:40
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol