Ödəniş vaxtı keçən kreditlərin həcmi yarım milyonu keçib

2025-ci ilin altı ayında Azərbaycanda bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 30,19 milyard manata çatıb. Bu barədə Dövləet Statistika Komitəsindən bildirilib.
Kredit portfelinin əsas hissəsini – 25,23 milyard manatını və ya ümumi məbləğin 83,6 faizini uzunmüddətli kreditlər təşkil edib.
Kreditlərin 94,0 faizi banklar, 6,0 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəniş vaxtı keçmiş kreditlərin məbləği isə son bir ildə 9,0 faiz artaraq 508,3 milyon manat təşkil edib. Bu isə ümumi kredit portfelinin 1,7 faizinə bərabərdir.
Gülnar Nazimqızı