Heydər Əliyev milli dəyərləri dünyaya tanıdan şəxs olub - Deputat

Heydər Əliyevin Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasındakı rolunu əvəzedilməz olub. Bunu Milli Məclisin deputatı Hicran Hüseynova çıxışı zamanı deyib.
Hüseynova bildirib ki, 1990-cı illərin çətin dövründə ölkəni sabitliyə çıxaran məhz Heydər Əliyev olub.
“Xalqın seçimi düzgün idi. Məhz onun rəhbərliyi ilə Azərbaycan ağır vəziyyətdən çıxdı,” – o qeyd edib.
Deputat əlavə edib ki, həmin dövrdə Azərbaycan beynəlxalq konfranslara ev sahibliyi edən, mədəniyyət və incəsənət nümayəndələrinin dünyada tanındığı bir ölkəyə çevrilmişdi.
Onun sözlərinə görə, bu uğurlar milli dəyərlərin qorunması və dünyaya tanıdılması siyasətinin nəticəsi idi.
Hüseynova həmçinin qadın hüquqlarının müdafiəsində Heydər Əliyevin mühüm rol oynadığını xüsusi qeyd edib.
Gülnar Nazimqızı