Terrorun aradan qaldırılması Türkiyə üçün yeni imkanlar yaradır - Fazil Mustafa

Türkiyədə terrora qarşı aparılan mübarizə və PKK-nın zəiflədilməsi bölgədə yeni mərhələnin əsasını qoyur. Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
O bildirib ki, Türkiyə terror təhdidindən azad olduqca, ölkədə sabitlik və iqtisadi inkişaf üçün daha geniş imkanlar yaranır.
Deputatın sözlərinə görə, bu prosesi ən yaxşı anlayan ölkələrdən biri də Azərbaycandır.
“Türkiyənin güclənməsi bütövlükdə türk dünyasının güclənməsi deməkdir. Digər dövlətlərin həll etməkdə çətinlik çəkdiyi məsələləri Azərbaycan öz təcrübəsi ilə aradan qaldırmağı bacarıb,” – o qeyd edib.
Fazil Mustafa vurğulayıb ki, terrorun kölgəsində yaşayan cəmiyyətlər yalnız dağıntı və geriləmə ilə üzləşir, lakin Türkiyə bu ssenaridən çıxış üçün real şansa malikdir.
Gülnar Nazimqızı