• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Deputat ölüm kağızı və dəfn pulu prosedurlarının sadələşdirilməsini təklif edir

Deputat ölüm kağızı və dəfn pulu prosedurlarının sadələşdirilməsini təklif edir
14.07.2025 11:33

Milli Məclisin deputatı Razi Nurullayev ölüm haqqında şəhadətnamənin verilməsi və dəfn pulu ilə bağlı prosedurların sadələşdirilməsinə çağırıb. Bu barədə deputat Milli Məclisdə çıxışı zamanı deyib. 

Deputat bildirib ki, bu sahədəki mövcud qanun və tələblər regionlarda, xüsusilə İmişlidə vətəndaşlar üçün ciddi çətinliklər yaradır.

"Yaxınını itirən ailələr 7-10 gün ərzində yas işləri ilə məşğul olur, bu müddətdə hüquqi prosedurları yerinə yetirməkdə çətinlik çəkirlər. Təcili yardım çağırılmayan və ya xəstəxanada qeydiyyatda olmayan şəxslər üçün ölüm kağızı verilmir. Dəfn pulu üçün müəyyən olunmuş qısa müddətdə müraciət etməyənlər isə bu hüquqdan məhrum edilir və məsələ məhkəməyə yönləndirilir," – deputat bildirib.

Onun sözlərinə görə, vətəndaşların məhkəməyə müraciət etməsi əlavə xərc tələb edir – yalnız dövlət rüsumu 101 manat təşkil edir. Məhkəmələr isə çox vaxt vətəndaşları yenidən yerli icra nümayəndələrinə yönləndirir.

"Əgər məhkəmə qərarını icra nümayəndəsinin arayışına əsasən çıxarırsa, o zaman bu hüquq niyə birbaşa həmin nümayəndədən alınıb? Bu, məntiqli sualdır," –  Nurullayev vurğulayıb.

Deputat ölüm kağızı və dəfn xərclərinin rəsmiləşdirilməsi ilə bağlı prosedurların qanunvericilikdə sadələşdirilməsini təklif edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Siyasət 12:44
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Siyasət 21:36
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Siyasət 21:29
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Siyasət 21:21
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Əli Əsədov Su Hui ilə görüşüb
Siyasət 18:38
Əli Əsədov Su Hui ilə görüşüb
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Siyasət 15:51
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
Siyasət 12:27
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Siyasət 11:18
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol