Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib

Baş nazir Əli Əsədov Yuliya Sviridenkonu Ukraynanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.
Təbrik məktubunda Baş nazir Azərbaycan‑Ukrayna münasibətlərinin dərin tarixi köklərə və uzunmüddətli dostluq ənənələrinə əsaslandığını qeyd edib.Əsədov hazırkı dövlətlərarası əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və əlavə edib ki, bu münasibətlər gələcəkdə də uğurla inkişaf edəcək.
O, Azərbaycan ilə Ukrayna arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edərək, dostluq münasibətlərinin daha da genişlənəcəyinə və güclənəcəyinə əminlik bildirib.