Amur vilayətində baş verən təyyarə qəzasında azərbaycanlılar olmayıb – XİN

Rusiyanın Amur vilayətində “An-24” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşları və ya etnik azərbaycanlılar yoxdur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "Report"un sorğusuna cavab olaraq məlumat verib.
Qəza iyulun 24-də baş verib. Yerli rəsmilərin məlumatına görə, təyyarənin qalıqları Tındadan təxminən 15 kilometr aralıda aşkar olunub. Təyyarədə 43 sərnişin, o cümlədən 5 uşaq, və 6 ekipaj üzvü olub. Hadisə nəticəsində göyərtədə olan bütün şəxslər həyatını itirib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.