Prezident elektroenergetika sahəsində sabit tarif tətbiqini təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev “Elektroenergetika haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklə ölkədə elektroenergetika sektorunda sabit tarif sistemi tətbiq ediləcək.
Yeni mexanizmə əsasən, elektrik enerjisi istehlakının həcmi nəzərə alınmadan, hər bir istehlakçı üzrə aylıq sabit tarif müəyyən ediləcək. Tarifin məqsədi şəbəkəyə qoşulan istehlakçılardan sabit xərclərin bir hissəsinin ödənilməsini təmin etməkdir.
Sabit tarif istehlak miqdarından asılı olmayaraq, bütün kateqoriyadan olan istehlakçılara şamil ediləcək və paylayıcı sistem operatorunun sabit xərclərinin kompensasiyası üçün istifadə olunacaq.
Gülnar
Son xəbərlər
