• $ 1.7
  • € 1.9683
  • ₽ 0.021256
  • ₺ 0.0418
  • £ 2.2622

Bakı və İrəvan sabah Minsk Qrupundan çıxmağa və sülh sazişini paraflamağa hazırlaşır

Bakı və İrəvan sabah Minsk Qrupundan çıxmağa və sülh sazişini paraflamağa hazırlaşır
07.08.2025 14:42

ABŞ Prezidenti Donald Tramp cümə günü Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul etməyə hazırlaşır. Bu, onilliklər davam edən münaqişəyə son qoymaq üçün atılan cəsarətli diplomatik addımdır.

Ağ Evdəki bu sammit aylarla davam edən gizli və intensiv danışıqların kulminasiya nöqtəsidir. Bu proses Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişmək və ABŞ-ı uzun müddət Rusiya və İranın təsirində olan bu regionda əsas güc kimi möhkəmləndirmək niyyəti daşıyır.

Ağ Ev sammiti ərəfəsində Kyiv Post-un Vaşinqton müxbiri  Ələkbər Raufoğlu ABŞ rəsmiləri ilə danışaraq sülh layihəsinin əsas detallarını öyrənib.

TRIPP – “Tramp Sülh və Rifah Marşrutu”

Sazişin əsas elementi “Tramp Sülh və Rifah Marşrutu” (Trump Route for International Peace and Prosperity, TRIPP) adlandırılan yeni ticarət və infrastruktur layihəsidir. Bu innovativ çərçivə iki ölkə arasında ən mübahisəli məsələ olan nəqliyyat əlaqəsinin həllinə yönəlib.

TRIPP layihəsi Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edəcək şəkildə Ermənistanın cənub hissəsindən keçən tranzit marşrutu yaradacaq.

ABŞ rəsmiləri Kyiv Post-a bildiriblər ki, bu marşrut Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində qorunacaq.

TRIPP hərbi və ya müdafiə təşəbbüsü deyil. Rəsmilər vurğulayıblar ki, ABŞ bu marşruta “sərt təhlükəsizlik zəmanəti” vermir və heç bir hərbi qüvvə yerləşdirmir. Əvəzində, ABŞ bu marşrutun “bütün tərəflər üçün təhlükəsiz şəkildə işləməsini” təmin etmək üçün yüksək səviyyəli kommersiya operatorları ilə razılaşmalar imzalayacaq.

Bu cür siyasi baxımdan çətin məsələni kommersiya müstəvisinə keçirmək Tramp administrasiyasının xarakterik yanaşması hesab olunur.

Gizli danışıqlar

Bu sammit əvvəlki, böyük ölçüdə dalana dirənmiş vasitəçilik səylərindən ciddi fərqlənir. ABŞ-ın yüksək vəzifəli rəsmilərinə görə, bu mərhələyə gəlmək Trampın xüsusi nümayəndəsi Stiv Vitkofun fevralın sonunda Bakıya səfəri ilə başlayıb. Həmin səfərdə Prezident İlham Əliyevlə “əhəmiyyətli bir bağ” qurulub.

Bu addım regiona sonrakı beş əlavə səfərin yolunu açıb. Həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi nümayəndələrə bu məqamın tarixi bir fürsət olduğunu, və “bu liderin bu işi görə biləcəyini” ifadə ediblər.

Rəsmilər bildiriblər ki, hazırkı geosiyasi vəziyyət – xüsusən Rusiya və İranın qlobal məsələlərə diqqət yetirməsi – hər iki ölkəyə sülhə doğru “cəsarətli addım atmaq” üçün unikal imkan yaradıb.

Birgə bəyannamə

ABŞ rəsmilərinin bildirdiyinə görə, avqustun 8-də Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə Prezident Trampın iştirakı ilə bir neçə əsas sənəd imzalayacaqlar:

Birgə bəyannamə – Sülhə və münasibətlərin tam normallaşmasına aparan “konkret yol xəritəsi”ni təsdiqləyəcək. Rəsmilər bunu “mümkün qədər geri dönməz” bir proses kimi qiymətləndirirlər.

Sülh sazişinin paraflanması – Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri aylarla danışıqları aparılan ikitərəfli sülh sazişinin mətnini paraflayacaqlar.

Minsk Qrupundan çıxış məktubu – Hər iki ölkə ATƏT-in Minsk Qrupundan rəsmi şəkildə çıxacaqlar. Bu platforma artıq “effektiv olmayan” və “problemləri həll etmək əvəzinə daha da dərinləşdirən” vasitə kimi dəyərləndirilir.

Yeni ikitərəfli Anlaşma Memorandumları (MOU) – ABŞ Ermənistan və Azərbaycanla ayrı-ayrılıqda MOU-lar imzalayacaq. Bu sənədlər əlaqələri “yenidən başlatmaq” və əvvəllər mümkün görünməyən fürsətlərin yolunu açmaq məqsədi daşıyır.

TRIPP üzrə işçi qruplar sammitdən sonrakı həftə müzakirələrə başlayacaq. Prezident Tramp həmin işlərin yekunlaşdırılması üçün konkret müddət müəyyən edib.

Bu razılaşmalar uzunmüddətlidir və  50 ildən artıq bir dövrü əhatə edəcək. Müddətin dəqiq müəyyən edilməsi ilə bağlı danışıqlar davam edir.

Rəsmilər bildirirlər ki, ABŞ özünü hər iki tərəf üçün etibarlı tərəfdaş kimi mövqeləndirir.

Hələ də açıq qalan məsələlər

Sammit əhəmiyyətli bir irəliləyiş olsa da, iki əsas məsələ hələ də həll olunmayıb.

Bura Ermənistanın Azərbaycanda saxlanılan qondarma Dağlıq Qarabağ respublikası rəhbərlərini azad edilməsini tələbi və Azərbaycanın Ermənistan konstitusiyasında dəyişikliklər edilməsini istəməsi tələbləri daxildir. 

ABŞ rəsmiləri bu məsələlərin “önəmli detallardır” olduğunu qəbul edirlər. Lakin administrasiya tərəfləri əvvəlcə “sülh yoluna bağlamağı” və sonra bu çətin məsələlərə daha əlverişli mühitdə qayıtmağı planlaşdırır.

Sammitin vaxtının Rusiya-Ukrayna ilə bağlı əhəmiyyətli bir tarixə təsadüf etməsi ilə bağlı sualı cavablandıran ABŞ rəsmiləri, “bu tarix təsadüfən seçilməyib, bu, dəqiqdir”, deyiblər.

Rəsmilər qeyd ediblər ki, burada əsas məqsəd hansısa digər təqvimlə uyğunlaşmaq yox, unikal diplomatik fürsəti dəyərləndirmək olub.

“Biz Trampdan öyrəndik ki, sülh fürsəti yarananda onu dəyərləndirmək lazımdır. Bu, manşetlər üçün deyil. Bu, kimisə məcbur etmək deyil. Bu, 35 ildən çox davam edən münaqişəni hər hansı yolla bitirmək üçündür”,  -  bir rəsmi deyib.

Rəsmilər bu sazişin daha geniş regional təsirləri barədə də danışaraq ehtimal olunan “İbrahim Razılaşması 2.0” haqqında ipucu veriblər. Bu, 2020-ci ildə Yaxın Şərqdə münasibətlərin normallaşmasına yönəlmiş razılaşmalara istinaddır.

Onlar bildiriblər ki, bu yeni sülh təşəbbüsü daha geniş bir “sülh dairəsi” üçün model ola bilər. Buraya İsraillə sıx əlaqələri olan və regional sabitliyə sadiq ölkələr daxil ola bilər.

“Tarixi cümə”

Bu sammit administrasiyanın ilk altı ayında əldə etmək istədiyi xarici siyasət uğuru kimi “tarixi cümə” adlandırılır.

Bir rəsmi qeyd edib ki, Azərbaycanlılar xüsusilə bu fürsətdən maksimum yararlanmaq üçün vaxtla yarışırlar.

Ağ Ev ümid edir ki, ABŞ-ı bu yeni regional düzənin mərkəzinə qoymaqla, Cənubi Qafqazda uzunmüddətli sülh və rifah üçün davamlı miras yarada biləcək.

Tənqidlər və insan haqları narahatlıqları

Diplomatik uğur qeyd olunsa da, insan haqları müdafiəçiləri və beynəlxalq müşahidəçilər ABŞ-ın Azərbaycana yaxınlaşmasından narahatlıqlarını ifadə edirlər.

Vaşinqtonla Bakı arasında münasibətlər son illərdə insan haqları sahəsindəki geriləmələr – müstəqil medianın susdurulması, siyasi motivli həbslər və məhkəmə müstəqilliyinin olmaması səbəbindən gərginləşmişdi.

ABŞ Dövlət Departamenti və digər beynəlxalq qurumlar dəfələrlə bu məsələləri gündəmə gətirib.

Tənqidçilər xəbərdarlıq edirlər ki, bu yeni diplomatik yaxınlaşma regional sabitlik üçün ümidverici olsa da, ABŞ-ın demokratiya və insan hüquqları təşviqinə dair əvvəlki səylərini sarsıda bilər.

N.Təbrizli

(tərcümə)

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev ABŞ-a işgüzar səfər edib
Siyasət 15:02
İlham Əliyev ABŞ-a işgüzar səfər edib
Bakı və İrəvan sabah Minsk Qrupundan çıxmağa və sülh sazişini paraflamağa hazırlaşır
Siyasət 14:42
Bakı və İrəvan sabah Minsk Qrupundan çıxmağa və sülh sazişini paraflamağa hazırlaşır
Rusiya və ABŞ Putin və Tramp arasında görüş barədə razılığa gəlib – Kreml
Siyasət 12:17
Rusiya və ABŞ Putin və Tramp arasında görüş barədə razılığa gəlib – Kreml
Azərbaycan komandoları Pakistanda hərbi paradda iştirak edəcək
Siyasət 11:45
Azərbaycan komandoları Pakistanda hərbi paradda iştirak edəcək
Saakaşvili Vaşinqtondakı Əliyev-Paşinyan görüşünü “tarixi hadisə” adlandırıb
Siyasət 08:17
Saakaşvili Vaşinqtondakı Əliyev-Paşinyan görüşünü “tarixi hadisə” adlandırıb
Bakıda Xəzərin dayazlaşması ilə bağlı beştərəfli ekspert qrupunun toplantısı keçiriləcək
Siyasət 18:06
Bakıda Xəzərin dayazlaşması ilə bağlı beştərəfli ekspert qrupunun toplantısı keçiriləcək
İlham Əliyevin bu gün ABŞ-a rəsmi səfəri nəzərdə tutulub
Siyasət 16:55
İlham Əliyevin bu gün ABŞ-a rəsmi səfəri nəzərdə tutulub
Şahin Şıxlinski təkadamlıq kameraya yerləşdirilib
Siyasət 16:02
Şahin Şıxlinski təkadamlıq kameraya yerləşdirilib
Путин встретился с спецпосланником Трампа Стивеном Уиткоффом в Кремле
Siyasət 13:20
Путин встретился с спецпосланником Трампа Стивеном Уиткоффом в Кремле
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol