İlham Əliyev Stiv Uitkoff ilə görüşüb

Avqustun 7-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüş keçirib.
Görüşdən əvvəl dövlət başçısı İlham Əliyev və ABŞ-ın xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR ilə “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Memorandumu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil”in vitse-prezidenti Con Ardill imzalayıb.
Sonra Əliyev və Uitkoff arasında ikitərəfli görüş baş tutub.