• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevin bu gün ABŞ-a rəsmi səfəri nəzərdə tutulub

İlham Əliyevin bu gün ABŞ-a rəsmi səfəri nəzərdə tutulub
06.08.2025 16:55

Avqustun 6-da Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri nəzərdə tutulub. Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutur və siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat və sülh müzakirələrini əhatə edir.

Səfər əvvəlcə İlham Əliyev və Donald Tramp arasındaki artan siyasi dialoqun davamı kimi qiymətləndirilir. Trampın ikinci prezidentliyində Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu artıb. 

Strateji tərəfdaşlıq üç istiqamətdə qurulub.

Enerji: TAP kimi layihələr vasitəsilə enerji ixracında şafaf tərəfdaşlıq möhkəmlənib.

Rəqəmsal iqtisadiyyat: ABŞ investisiyalarının qeyri-neft sektoruna axını iqtisadi diversifikasiyanı gücləndirir.

Təhlükəsizlik: Terrorizmlə mübarizə və regionda sabitliyin qorunması istiqamətində birgə əməkdaşlıq davam edir.

Bayden administrasiyası dövründə əlaqələr soyusa da, Trampın qayıdışı münasibətlərin yenidən qurulmasına imkan yaradıb.

Səfərin ikinci önəmli istiqaməti Ermənistanla sülh prosesi ilə bağlı müzakirələrdir.

Prezident Əliyev sülh səylərinin beynəlxalq hüquq əsasında aparıldığını bildirir. ATƏT-in Minsk qrupunun ləğv edilməsi və Ermənistan konstitusiyasında dəyişikliyin tələbi səslənib. Zəngəzur dəhlizi müzakirələrin ayrılmaz hissəsidir.

Trampın bu prosesdəki rolu Kemp-Devid razılaşması ilə müaqisə olunur. və onun vasitəçiliyi Cənubi Qafqazda sülhə təkan verə bilər.

Səfər eyni zamanda Fransa, Avropa Parlamenti və bəzi beynəlxalq qurumların əleyhdar kampaniyalarına siyasi cavab kimi qiymətləndirilir.

Prezident Əliyevin Vaşinqtona gedişi informasiya cəbhəsində diplomatik qalibiyyət olaraq qiymətləndirilir.

Bu səfər Azərbaycanın sülhdən inkişafa uzanan yeni xarici siyasət modelinin əməli ifadəsi, yeni geosiyasi reallıqların təsdiqi kimi dəyərləndirilə bilər. 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Siyasət 14:30
Ehtiyatda olan hərbçilərə verilən xüsusi rütbələrlə bağlı qayda dəyişdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol