İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayır

İran Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh sazişinin yekun təsdiqini alqışlayıb və bunu Cənubi Qafqazda davamlı sülhə doğru mühüm addım kimi qiymətləndirib.
Nazirliyin “Telegram” kanalında yayılan bəyanatda bildirilib ki, Tehran regionda baş verən prosesləri diqqətlə izləyir və hər iki qonşu ölkə ilə əlaqə saxlayır.
İran, həmçinin, istənilən xarici müdaxilənin, xüsusilə ümumi sərhədlər yaxınlığında təhlükəsizlik və sabitliyə zərər vura biləcək nəticələrindən narahat olduğunu vurğulayıb.
Bəyanatda qeyd olunub ki, Tehran Azərbaycan və Ermənistanla qarşılıqlı maraqlara əsaslanan konstruktiv əməkdaşlığı, o cümlədən “3+3” formatı kimi mexanizmlər vasitəsilə davam etdirməyə hazırdır.
Son xəbərlər
Daha çox 