• $ 1.7
  • € 1.9819
  • ₽ 0.021453
  • ₺ 0.0418
  • £ 2.284

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
09.08.2025 17:48

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlığa və strateji müttəfiqliyə əsaslanan əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyanatın, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımdan əhəmiyyətinə toxunulub.

Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz əlaqənin yaradılmasına xidmət edəcək nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Ermənistanla Azərbaycan arasında normallaşma prosesində Prezident Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin oynadığı rolu yüksək qiymətləndirib və buna görə təşəkkürünü bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə təbriklərini çatdırıb və qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir.

Söhbət zamanı Azərbaycan təbii qazının Türkiyə ərazisindən Suriyaya ixracının başlanması müsbət hadisə kimi qiymətləndirilərək, bunun Suriyanın enerji təhlükəsizliyinə və əhalinin sosial rifahının gücləndirilməsinə töhfə verəcəyi bildirilib.

Telefon danışığı əsnasında Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Şavkat Mirziyoyevə zəng edib
Siyasət 19:25
Prezident Şavkat Mirziyoyevə zəng edib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Siyasət 17:48
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Prezident ABŞ-yə işgüzar səfəri ilə bağlı paylaşım edib - Video
Siyasət 16:56
Prezident ABŞ-yə işgüzar səfəri ilə bağlı paylaşım edib - Video
Deputat: Əliyevin Vaşinqton səfəri regionun gələcəyi üçün mühüm mərhələdir
Siyasət 13:12
Deputat: Əliyevin Vaşinqton səfəri regionun gələcəyi üçün mühüm mərhələdir
Azərbaycan Prezidenti sinqapurlu həmkarını təbrik edib
Siyasət 11:30
Azərbaycan Prezidenti sinqapurlu həmkarını təbrik edib
Ağ Evdən Əliyev, Tramp və Paşinyan görüşü ilə bağlı paylaşım
Siyasət 11:20
Ağ Evdən Əliyev, Tramp və Paşinyan görüşü ilə bağlı paylaşım
İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayır
Siyasət 11:03
İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayır
XİN İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
Siyasət 10:20
XİN İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Siyasət 09:16
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol