• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

“Tramp Marşrutu” Rusiya və İrans ciddi faydalar gətirəcək - Paşinyan

“Tramp Marşrutu” Rusiya və İrans ciddi faydalar gətirəcək - Paşinyan
14.08.2025 10:21

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda imzalanan sənədlərin təkcə Azərbaycan, Ermənistan, ABŞ və Türkiyə üçün deyil, həm də Rusiya və İran üçün “çox mühüm və misilsiz” iqtisadi faydalar verəcəyini bildirib.

Fox News telekanalına verdiyi müsahibədə Paşinyan qeyd edib ki, “Tramp Marşrutu” təşəbbüsü çərçivəsində İran Fars körfəzindən Qara dənizə qədər uzanan dəmir yolu infrastrukturuna çıxış əldə edəcək.

“Rusiya və İran iki ölkə arasında birbaşa dəmir yolu əlaqəsi qura biləcəklər,” –  o bildirib.

Onun sözlərinə görə, əgər bu razılaşmanın iqtisadi tərəflərinə diqqət yetirilsə, Rusiya və İran da “çox vacib və əslində görünməmiş dərəcədə əhəmiyyətli” üstünlüklər əldə edəcəklər.

“Məhz buna görə hesab edirəm ki, bu, çox önəmli bir razılaşmadır və həm iştirakçı ölkələrə, həm də beynəlxalq ictimaiyyətə sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətli faydalar gətirə bilər,” –  Ermənistan baş naziri vurğulayıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar - Yenilənib
Siyasət 21:57
Azərbaycan və Slovakiya Prezidentləri Bratislavada Devin qəsrində olublar - Yenilənib
Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Siyasət 20:38
Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Siyasət 19:33
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Prezident Slovakiyaya səfərə gedib
Siyasət 18:03
Prezident Slovakiyaya səfərə gedib

Şahin Mustafayev Abbas Əraqçi ilə görüşüb
Siyasət 16:57
Şahin Mustafayev Abbas Əraqçi ilə görüşüb
Deputat: Süni intellekt cəmiyyətə sadə dildə izah olunmalıdır
Siyasət 16:35
Deputat: Süni intellekt cəmiyyətə sadə dildə izah olunmalıdır
Rəşt-Astara yolunun 50 faizdən çoxu tamamlanıb-Əraqçı
Siyasət 13:46
Rəşt-Astara yolunun 50 faizdən çoxu tamamlanıb-Əraqçı
Sionist rejimin region dövlətlərinə təcavüzləri ciddi narahatlıq yaradır - Əraqçı
Siyasət 13:44
Sionist rejimin region dövlətlərinə təcavüzləri ciddi narahatlıq yaradır - Əraqçı
50 mindən çox sakin işğaldan azad olunan ərazilərdə məskunlaşıb- Nazir
Siyasət 13:38
50 mindən çox sakin işğaldan azad olunan ərazilərdə məskunlaşıb- Nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol