Binəli Yıldırım Prezident İlham Əliyevə məktub ünvanlayıb

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bu gün Prezident İlham Əliyevə “Zəngəzur dəhlizi”nin açılmasına zəmin yaradan Birgə Bəyannamənin imzalanması münasibətilə məktub ünvanlayıb.
Yıldırım məktubunda yüksək strateji əhəmiyyətli layihənin Türk dünyasını birləşdirəcəyini, ticarət əlaqələrini gücləndirəcəyini və qardaşlıq münasibətlərini möhkəmləndirəcəyini vurğulayıb. O, Azərbaycanın liderliyini və Qarabağdakı tarixi zəfəri regionda sülh və inkişafə keçidin təzahürü olaraq qiymətləndirib.
“Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq, ticarət əlaqələrini gücləndirəcək və xalqlarımız arasındakı qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək strateji əhəmiyyətə malik bir layihədir,” — məktubda qeyd olunub.
Yıldırım həmçinin “Bir millət, iki dövlət” prinsipi çərçivəsində Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənəcəyinə və ölkələr arasında gələcək tarixi uğurların reallaşacağına inandığını bildirib. O, dövlət başçısına cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının davamlı tərəqqisini arzulayıb.
Son xəbərlər
Daha çox 