Əliyev Çinin CNCEC şirkətinin sədri ilə əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.
Görüşdə neft-kimya sənayesi, neft emalı və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. CNCEC şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu vurğulayıb.
Sonda Dövlət Neft Şirkəti (SOCAR) ilə CNCEC-nin törəmə müəssisəsi “Seven LTD” arasında imzalanmış Çərçivə Sazişi dövlət başçısının və şirkət sədrinin iştirakı ilə mübadilə olunub. Saziş Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.