• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Prezident Sos kəndində olub - Yenilənib

Prezident Sos kəndində olub - Yenilənib
14.09.2025 14:55

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Sos kəndində olub.

Dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verilib.

Sos kəndi 2023-cü ildə Silahlı Qüvvələrin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.

İndiyədək kənddə mövcud elektrik və qaz xətləri, subartezian quyuları bərpa olunub, 2 transformator quraşdırılıb, sayğaclaşma prosesinə başlanılıb, 3 su anbarı təmir edilib, təqribən 5 kilometr uzunluğunda təbii qaz xətti çəkilib.

Sos kəndində 259 mövcud fərdi evin 70-i yararsız, 189-u isə qismən yararlıdır. Hazırda 10 ev istismara hazırdır. İlin sonunadək daha 75 ev istismara hazır olacaq. 2026-cı ildə isə 104 evin bərpası nəzərdə tutulur.

İndiyədək 10 ailə (46 nəfər) kəndə qayıdıb.

Prezident İlham Əliyev kəndə köçmüş Hamlet Gülməmmədovun evində olub.

***

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib.

“PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşev əvvəlcə dövlət başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi barədə məlumat verib.

Bildirilib ki, hazırda Hadrut qəsəbəsində “PMD GROUP” tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək keyfiyyətlə icra olunur.

Prezident İlham Əliyevə qəsəbədə inşa edilmiş məscid barədə də məlumat verilib.

Məscidin təməlini dövlət başçısı 2021-ci ilin oktyabrında qoyub.

Məscidin minarəsinin hündürlüyü 25 metrə yaxındır. Burada eyni vaxtda 210 nəfərin ibadət etməsi mümkün olacaq. Birinci mərtəbə kişilərin, ikinci mərtəbə isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin fasadında milli ornamentlərə uyğun xüsusi bəzək elementlərindən istifadə olunub.

Torpaqların işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən həmin ərazilərdə Ermənistan tərəfindən dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində olub.

Dövlət başçısına qəsəbədə həyata keçirilmiş işlər barədə məlumat verilib.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı qəsəbə erməni işğalından azad ediləndən sonra burada genişmiqyaslı abadlıq-quruculuq layihələri icra olunub və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

“Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib, mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb.

Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək bərpa ediləcək.

Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurdu Hadruta qayıdıb.

Dövlət başçısı qəsəbə sakini Zahid Mustafayevin evində olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Sos kəndində olub - Yenilənib
Siyasət 14:55
Prezident Sos kəndində olub - Yenilənib
Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndinin təməlini qoyub
Siyasət 12:55
Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndinin təməlini qoyub
Ceyhun Bayramov Qətərə gedib
Siyasət 09:12
Ceyhun Bayramov Qətərə gedib
Zakir Həsənov Pakistana başsağlığı verib
Siyasət 19:06
Zakir Həsənov Pakistana başsağlığı verib
İqtisadi Şuranın növbəti iclası keçirilib
Siyasət 16:15
İqtisadi Şuranın növbəti iclası keçirilib
Azərbaycanla Ermənistan arasında sülh prosesi yeni mərhələyə daxil olur - İCMAL
Siyasət 16:52
Azərbaycanla Ermənistan arasında sülh prosesi yeni mərhələyə daxil olur - İCMAL
Yalçın Rəfiyev Çex Respublikasına səfər edib
Siyasət 15:05
Yalçın Rəfiyev Çex Respublikasına səfər edib
Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdir -ABŞ senatoru
Siyasət 08:59
Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdir -ABŞ senatoru
TRIPP layihəsi Ermənistan və ABŞ arasında müzakirə mövzusudur -Paşinyan
Siyasət 09:22
TRIPP layihəsi Ermənistan və ABŞ arasında müzakirə mövzusudur -Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol