• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Əli Əsədov Su Hui ilə görüşüb

Əli Əsədov Su Hui ilə görüşüb
15.09.2025 18:38

Sentyabrın 15-də Baş naziri Əli Əsədov Çinin Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Su Hui ilə görüşüb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin birgə səyləri nəticəsində iki ölkə arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərində ardıcıl şəkildə inkişaf etdiyi vurğulanıb.

Cari ilin aprel ayında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması ilə Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.

Prezident İlham Əliyevin avqustun sonu - sentyabrın əvvəlində Çinə baş tutmuş işgüzar səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Əli Əsədov Su Hui ilə görüşüb
Siyasət 18:38
Əli Əsədov Su Hui ilə görüşüb
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Siyasət 15:51
Xankəndi tələbələr şəhəri olacaq - Prezident
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
Siyasət 12:27
Selçuk Bayraktaroğlu Azərbaycana gəlib
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Siyasət 11:18
İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik edib
Prezident Qarabağ Universitetinin Klinikası binasının və tədris korpusunun açılışında iştirak edib
Siyasət 17:05
Prezident Qarabağ Universitetinin Klinikası binasının və tədris korpusunun açılışında iştirak edib
Prezident Xocavənddə sakinlərlə görüşüb - Yenilənib
Siyasət 15:55
Prezident Xocavənddə sakinlərlə görüşüb - Yenilənib
Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndinin təməlini qoyub
Siyasət 12:55
Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndinin təməlini qoyub
Ceyhun Bayramov Qətərə gedib
Siyasət 09:12
Ceyhun Bayramov Qətərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol