Tokayev Türk Dövlətləri Zirvəsində iştirak üçün Azərbaycana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə “Sputnik Qazaxıstan”məlumat yayıb.
Səfər çərçivəsində Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə görüşündə iştirak edəcək. Tədbirin Qəbələ şəhərində keçirilməsi planlaşdırılır.
Qazaxıstan liderinin səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutur.
Son xəbərlər
Daha çox 