Xəzəryanı ölkələr hərtərəfli strateji əməkdaşlıq sənədi imzalayıb

Xəzəryanı ölkələrin donanmaları Xəzər dənizi üzrə hərtərəfli strateji əməkdaşlıq barədə sənəd imzalayıblar. Bu barədə iran mediası məlumat yayıb.
Sənəd Azərbaycan, İran, Rusiya və Qazaxıstan hərbi dəniz qüvvələrinin komandanları arasında imzalanıb.
Sənəddə Xəzər dənizində davamlı təhlükəsizliyin təmin olunması istiqamətində bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsi və gücləndirilməsi nəzərdə tutulub.
Müddəalara görə, heç bir regiondan kənar ölkə və ya hər hansı bir gün Xəzər dənizi ilə bağlı daxili məsələlərə müdaxiə edə bilməyəcək.
Xəzər dənizinin təhlükəsizliyinin təminatı və əlaqədar məsələlər yalnız sahilyanı ölkələrin qərarları ilə həyata keçiriləcək.
Son xəbərlər
Daha çox 