Azərbaycan rusdilli ölkədir, bu münasibətlərimizin inkişafı üçün əsasdır -Putin

Azərbaycan demək olar ki, rusdilli ölkədir və ölkənin hər yerində rus dili öyrənilir. Bunu Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, bu fakt Azərbaycan-Rusiya münasibətlərinin fundamental xarakter daşıdığını göstərir.
Putin Azərbaycan Prezidenti İlham Əliyevlə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın obyektiv aparılması barədə razılığa gəldiklərini vurğulayıb.
“Axır ki, biz bunu etdik, İlham Heydər oğlu ilə razılaşdıq ki, bu istintaq obyektiv aparılsın, o cümlədən Beynəlxalq Aviasiya Komitəsi və digər beynəlxalq təşkilatlar təqdim olunmuş bütün materiallardan istifadə etsinlər. İstintaq artıq başa çatmaq üzrədir. Ümumilikdə hər şey aydındır, yalnız bəzi detallar var ki, mütəxəssislər onları rəsmiləşdirməlidirlər”, - Putin deyib.
Rusiya lideri əlavə edib ki, faciəvi səhifə artıq geridə qalır və tərəflər gələcək planlara diqqət yetirməlidirlər.
“Ümid edirəm ki, bu səhifəni çevirdik. Qarşıda bizi böyük planlar gözləyir. Logistika, sənaye kooperasiyası və humanitar sahədə. Əminəm ki, emosiyalar mane olmayacaq və irəliləməyimizə əngəl yaratmayacaq”, - Rusiya prezidenti deyib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 